Hüquq şöbəsinin rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olan sorğulara rəy vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
  • Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
  • Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Cəmiyyət daxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
  • Qanunvericiliyə edilmiş əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
  • Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək;
  • Məhkəmə icraatı ilə bağlı qanunvericliklə nəzərdə tutulmuş prosessual sənədləri hazırlamaq;
  • Fəaliyyət sahəsi üzrə birbaşa rəhbərin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Sığorta sahəsində 3 il peşəkar Hüquqşünas təcrübəsi;
  • Ali hüquqi təhsil;
  • Azərbaycan Respublikası qanunvericiliyini mükəmməl bilmək (Məcəllə, normativ hüquqi aktlar, sığorta fəaliyyəti haqqında qanun və s.)
  • Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, (rus və ingilis dili arzu olunandır);
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Şirkət və onun missiyasına yüksək sadiqlik;
  • Stressə davamlı.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 14 İyun 2022-ci il tarixinədək  Mövzu/Subject hissəsində “Hüquq şöbəsinin rəhbəri” qeyd edərək elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı