Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Para BOKT Hüquq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini mükəmməl bilməlidir.
Əsas vəzifə və öhdəliklər:
- Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
- Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
- Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
- Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
- Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
- Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
- Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;
Tələb olunan keyfiyyətlər:
- Ali hüquq təhsil;
- Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@parabokt.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquq şöbəsinin müdiri) qeyd etməklə göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...