Hüquq məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Facility Management Group Hüquq məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir

Link: https://qlor.me/ltwt7cvulu

Təsvir

  • Şöbənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
  • Məhkəmələrdə şirkəti təmsil etmək;
  • Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək;
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
  • Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək;
  • Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan-səlis, rus və ingilis dilləri arzu olunandır;
  • MS Office proqramları biliyi;
  • Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilər sahib olmaq;
  • Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
  • Mülki, mülki-prosessual, əmək, qeyri-dövlət (özəl) mühafizə, mənzil, daşınmaz əmlak sahəsində qanunvericiliyi mükəmməl bilmək.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı