Hüquq Departamentində Təcrübəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sumgait Technologies Park LLC Hüquq Departamentində Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.

STP şirkətlər qrupu bir neçə ildir başlatdığı ənənənin davamı olaraq “STP Təcrübə Proqramı 2022” adlı ödənişli təcrübə layihəsinə start verir.

Biz kimləri axtarırıq?

  • Hüquq sahəsi üzrə bakalavr və ya magistr təhsilini bitirmiş;
  • Kişi namizədlərdə hərbi xidməti keçmiş və ya təcrübə müddətində möhlət hüququ olanlar nəzərə alınacaqdır;
  • Sənaye sektorunda karyera qurmaq motivasiyasına malik olmalı;
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü olmalı;
  • Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli olmalı;
  • Komandada işləmə bacarığına sahib olmalı;
  • Azərbaycan dilini yüksək səviyyədə bilməli (müəyyən sahələr üzrə ingilis və rus dili bilikləri arzu olunandır);
  • Fikrini dəqiq ifadə etməli və təqdimat bacarıqlarına malik olmalı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurmağı bacarmalıdır (müəyyən sahələr üzrə).

Bu təcrübə proqramında nələri əldə edəcəksiniz?

  • Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı sayılan STP şirkətlər qrupunda mübadilə metodu ilə (birdən çox müəssisəmizdə) 2-4 aylıq yerli və xarici peşəkar mütəxəssislərlə birgə təcrübə keçmək imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq imkanı;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Əmək müqaviləsi əsasında sənədləşmə və həftəsonları istirahət;
  • 5 günlük iş həftəsi (saat 09:00-dan 18:00-dək);
  • Ödənişli əsaslarla təcrübə qazanmaq imkanı.

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə, 21 fevral 2022-ci il tarixinədək recruitmentteam@stp.az emailına və yaxud internstp.com portalından qeydiyyatdan keçməklə istədiyiniz ixtisas üzrə təcrübə proqramımıza müraciət edə bilərsiniz. Portal üzərindən edilməyən müraciətlər seçim prsosesində nəzərə alınmayacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı