Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies HR Recruite vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində struktur bölmələrlə əməkdaşlıq edərək cari və gələcək işə qəbul tələbatını müəyyən etmək;
- Hazırlanmış vəzifə profilinə uyğun elan mətnlərinin tərtib olunması;
- Müxtəlif iş axtarış portalları, sosial media platformaları və peşəkar şəbəkələrdə vakansiyaların vaxtında yerləşdirilməsi.
- Daxil olan CV-lərin təhlili və ilkin seçim mərhələsinin həyata keçirilməsi;
- Aktiv axtarış üsullarından istifadə edərək potensial namizədlərin müəyyənləşdirilməsi (headhunting, LinkedIn search, tövsiyə sistemləri və s.);
- Müsahibə qrafiklərinin tərtibi və müvafiq struktur rəhbərləri ilə koordinasiya;
- İlkin və struktur müsahibələrinin aparılması və ya müşayiət olunması.
- Müsahibə mərhələsində olan namizədlərlə müntəzəm əlaqə saxlanılması, onlara proses haqqında məlumat verilməsi;
- İşə qəbul nəticələrinin hesabatlarının hazırlanması və analiz olunması.
- İşə qəbul prosesi ilə bağlı müvafiq məlumat bazalarının (CV bankı, namizəd izləmə sistemləri və s.) yenilənməsi;
Tələblər:
- Ali təhsil (İnsan resursları, psixologiya və ya idarəetmə sahəsində üstünlük verilir);
- HR və ya rekrutinq sahəsində 2 il iş təcrübəsi;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Yaxşı ünsiyyət və analiz qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq.
Bəy namizədlərə üstünlük verilir
İşəgötürən: “İnci Group of Companies” QSC
İş yeri: Bakı şəhəri Ulduz metrostansıyası yaxınlığı
İş rejimi: 08.30-17.30 ( 5 günlük iş qrafiki)
Əmək haqqı: Müsahibə əsasında
Müraciət qaydası:
CV-lərinizi hr.inci@inci.az ünvanına göndərin
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İnsan resurları üzrə mütəxəssisRegency Consulting and Tax Solutions MMC İnsan resurları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofis/ kargüzarlıq
Zuleykha Accessories Ofis/ kargüzarlıq üzrə təcrübəçi vakansiyası elan edir. ...