HR mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. AS Prof Logistics HR mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İnsan resursları sahəsində 2 il iş təcrübəsi olmalıdır.

Əmək haqqı 800-1000 AZN
Şəhər: Bakı

İş barədə məlumat:

  • Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
  • Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, –
  • Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
  • İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması;
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
  • Sosial müavinətlərin hesablanması;
  • İşçilərin icbari sığortasının həyata keçirilməsi;
  • İnsan resursları departamentinə aid hesabatların tərtib edilməsi və rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
  • Ofisdaxili idarəetmə işlərinin həyata keçirilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
  • İş vaxtı saat 09:00-18:00
  • İş günləri həftənin 5 günü.

Namizədə aid tələblər:

  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
  • İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
  • Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
  • İnsan resursları sahəsində 2 il iş təcrübəsi olmalı.

Namizədlərədən cv@asprof.az elektron ünvanına mövzü bölməsində HR mütəxəssis qeyd etməklə müraciət etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı