HR Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

JM Tourism Group HR Manager vəzifəsi üzrə vakansiya elan edir.

JM GROUP idarəetmə prosedurlarını inkişaf etdirərək istedadlı şəxsləri işə götürəcək, dəstəkləyəcək və inkişaf etdirəcək bacarıqlı bir HR meneceri axtarır.

Namizədə dair tələblər:

  • Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
  • İnsan Resursları sahəsində 5+ il təcrübəsi;
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • Azərbaycan, Rus və İngilis dillərində əla səviyyədə danışma, oxuma və yazma bacarığı;
  • Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
  • MS Office 365 proqramlarından istifadə bacarığı;
  • Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • İR strategiyasının və planı hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi.

İş şərtləri:

  • Bazar ertəsi – Cümə: 10:00 – 19:00, Şənbə : 10.00 – 16.00
  • Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
  • Korporativ nömrə.

ƏMƏK HAQQI 500-1000 AZN

E-mail: Gm.baku@jmgroup-international.com

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı