HR Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Grand Motors HR Manager vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

Namizədə dair tələblər:

  • Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
  • İnsan Resursları sahəsində 5+ il təcrübəsi;
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • Azərbaycan, Rus və İngilis dillərində əla səviyyədə danışma, oxuma və yazma bacarığı;
  • Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
  • Microsoft Office 365 proqramlarından istifadə bacarığı;
  • Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • İR strategiyasının və planı hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi.

İş şərtləri:

  • Bazar ertəsi – Cümə: 8:30 – 17:30, Şənbə : 10.00 – 16.00
  • Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
  • Avto-servis xidməti
  • Korporativ nömrə

    Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “HR Manager” qeydi edərək hr-cv@grandmotors.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...