Qısa məzmun
Camal LTD Company HoReCa üzrə satış müdiri üzrə vakansiya elan edir.
Tələblər:
- İş təcrübəsi 3 ildən 6 ilə qədər, ali təhsilli.
- Əla səviyyədə azərbaycan, ingilis və rus dilləri bilikləri;
- HoReCa satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Yaş həddi 25-45 yaş arası;
- Şəxsi avtomobili olanlara üstünlük verilir.
Vəzifələri:
- Satış planları və hədəflərinə nail olmaq üçün HoReCa üzrə satış təmsilçilərinin idarə edilməsi;
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Satış işçilərinin seçilməsi və uyğunlaşdırılması.
Digər məlumatlar:
- 6 günlük iş həftəsi, tam iş günü;
- 3 aylıq sınaq müddəti;
- Əmək haqqı 1500-2000 manat.
Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 “Camal” LTD şirkəti (Dondurma zavodu)
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...