Qısa məzmun
Veysəloğlu MMC Hesablaşmalar üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
- İş təcrübəsi: 3-5 il
- Təhsil: Ali iqtisadi təhsil
Vəzifə öhdəlikləri:
- Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi bacarığına malik olmalı;
- Vergi və muhasibat uçotunun aparılması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
- Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Kassa və Bank əməliyyatlarının icrasınin təşkil edilməsi, uçotunun aparılması;
- Debitor və kreditor hesablaşmaların aparılması.
Tələblər:
- Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Mühasibatlıq və Vergi bilikləri;
- Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür
- Yaş həddi: 28-35;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hesablaşmalar üzrə mühasib” yazıb CV göndərməklə müraciət edilir.
Oxşar vakansiya siyahısı:
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...