Hesablaşmalar üzrə Kiçik Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Hesablaşmalar üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İşiniz nədən ibarətdir?

  • Mərkəzləşdirilmiş arxa ofis kimi müştəri məmnunluğu və loyallığına nail olunması;
  • Əməliyyat fəaliyyətləri zamanı əlavə xərclərin qarşısını almaq üçün daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi;
  • Bütün nağdsız əməliyyatların səmərəli, şəffaf və dəqiq icra edilməsi;
  • Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
  • Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi;
  • Müştəri ödənişlərinin daxili proseslərə, ÇPY və TM siyasətinə, qanunvericiliyin tələbinə uyğunluğunun yoxlanılması;
  • Müştəri məlumatının düzgün və yetərli olmasının yoxlanılması, növbəti icra ilə əlaqədar sənədlərin hazırlanması və tələblərin bank sistemində icra edilməsi;
  • Tənzimləyici orqanların tələbinə əsasən məlumatların vaxtlı-vaxtında müvafiq sistemlərdə qeydiyyatının aparılması;
  • Müştəri hesabatları da daxil olmaqla müvafiq sənəd dövriyyəsinin təmin edilməsi;
  • ƏD proseduruna uyğun olaraq nağdsız əməliyyatlar şöbəsinin funksiyasının bir hissəsi kimi digər struktur bölmələrinə məlumat dəstəyinin göstərilməsi;
  • Əməliyyatların icrasında ÇPY və TM üzrə şübhəli hallar aşkar edildikdə, Hüquq və Komplayns departamentinə məlumatların ötürülməsi və müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Banklardan ödənişlərlə bağlı daxil olan sorğuların icra edilməsi, iddiaların səbəbinin araşdırılması, müştərinin vaxtında məlumatlandırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması üçün həll yollarının axtarılması;
  • Müştəri ödənişlərinə dair müxbir banklar tərəfindən daxil olan komplayns sorğularına cavabın hazırlanması üçün məlumatın toplanması və cavablandırılması üçün əlaqəli struktur bölməsinə dəstəyin göstərilməsi;
  • Şöbələr arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn tələblərin vaxtında cavablandırılması və icrası;
  • Müştəridən daxil olan şikayətlərin idarəolunmasına dəstək, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanılması, müştəri məmnunluğunu təmin etmək üçün müştəri ilə bağlı hər hansı problemli situasiyaların həll yollarının araşdırılması;
  • Müştəri məlumatı ilə əlaqədar müvafiq hesabatların hazırlanmasında digər struktur bölmələrinə müştəri məlumatlarının təqdim edilməsində dəstək;
  • Funksional sahə ilə əlaqədar prosedurların optimallaşdırılmasında iştirak;
  • Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtlı-vaxtında və dəqiq icrasını təmin etmək üçün müvafiq tranzit hesabların yoxlanılması və uyğunsuzluq aşkar edildikdə aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Müştəri ödənişlərinin müxbir münasibətlərdə effektiv idarəedilməsi prosesinə dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 0-1 il
  • Xarici dillər: orta səviyyədə İngilis dili (orta səviyyə) və Rus dili (orta səviyyə)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Daxili siyasət, proseduralar və məhsul barədə məlumatlılıq
  • Müvafiq qanunvericilik bilikləri
  • Xəzinədarlıq
  • Qeyri-kredit bankçılıq xidmətləri
  • Fərdi bankçılıq məhsulları
  • Ödəniş sistemləri sahəsində təcrübə
  • Digər: İnnovativ düşünmə, hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi e-mail ünvanına başlıqda “Hesablaşmalar üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı