Hesablaşmalar üzrə Kiçik Mütəxəssis
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Hesablaşmalar üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dili mütləq, ingilis dili arzu olunandır.

Vəzifənin məqsədi:

  • Mərkəzləşdirilmiş arxa ofis kimi müştəri məmnunluğu və loyallığına nail olmasına, eyni zamanda əməliyyat fəaliyyətləri zamanı əlavə xərclərin qarşısını almaq üçün daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə, bütün nağdsız əməliyyatların səmərəli, şəffaf və dəqiq icra edilməsinə məsuliyyət daşıyır.

Görəcəyiniz işlər:

  • Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
  • Ödənişlərlə bağlı müştərilərdən və digər şöbələrdən daxil olan sorğuların icra edilməsi;
  • Müştəri ödənişlərinin daxili proseslərə, ÇPY və TM siyasətinə, qanunvericiliyin tələbinə uyğun olmasına yoxlanması;
  • Müştəri məlumatının yoxlanılması, sənədlərin hazırlanması və bank sistemində icra edilməsi;

Sizdən gözləntimiz:

  • Mərkəzi Bankın Təlimatları üzrə biliklər
  • Ödənişlərin icrası ilə əlaqədar olan qanunlar üzrə biliklər
  • Müştəri yönümlük
  • Güclü ünsiyyət bacarığı
  • Ən azı bir il Müştəri Xidmətləri sahəsində təcrübə
  • Rus dili mütləq, ingilis dili arzu olunan

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına başlıqda “Hesablaşmalar üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Son müraciət tarixi 30/04/2021.

Oxşar vakansiya siyahısı:

699₼
Mühasib

Uragan Group MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group MMC

19.01.2026 - Bakı