Qısa məzmun
Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi Hesablaşmalar Bölmə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (Mühasibat uçotu, audit, maliyyə)
- Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə), Logo Tiger bilikləri üstünlükdür
- Müvafiq sahədə 3 illik iş təcrübəsi
- Sertifikat: ACCA üzrə (F3, F7, F8) arzuolunandır
Vəzifə öhdəlikləri:
- Kreditor və debitor qalıqları üzrə düzgün üzləşməni təşkil etmək,
- Kreditor və debitor hesabındakı bütün əməliyyatlar tədarükçü mühasibat uçotundakı qeydlər ilə üzləşdirilməsinə nəzarət,
- Üzləşmə zamanı yaranan fərqlərin araşdırılması və düzəldilməsi,
- Hərəkətsiz kreditor və debitor qalıqların nəzərdən keçirilməsı, bu qalıqların aktlaşdırılaraq silinməsi,
- Debitor borcların müqavilə şərtlərinə uyğun ödənişinin təmin edilməsi,
- Satınalma bonuslarının (endirimlərin) düzgün hesablanması və mühasibat uçotu üzərində nəzarət,
- Cavabdehlik daşıdığı hesablar üzrə qalıqların düzgünlüyünə nəzarət,
- Ay bağlanışını müəyyən edilmiş son tarixlərədək icra etmək,
- Tapşırılan digər işləri icra etmək.
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hesablaşmalar Bölmə Müdiri” yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...