Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avromed Company QSC Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi:

  • Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
  • Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
  • Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
  • Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
  • Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir və büdcə rəqəmləri ilə fakitiki mühasibat qeydlərinin fərqlərini analiz edir;
  • Hər ay hesabat dövrünün sonunda cari nəticələri büdcə nəticələri ilə müqayisə edir və mühüm yayınmalar barədə şöbə rəhbərini məlumatlandırır;
  • Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasını təmin edir;
  • Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün təkliflər verir;
  • Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət edir;
  • Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəllərinin mütəmadi olaraq yenilənməsini təmin edir;
  • Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
  • Əməliyyat və maliyyə nəticələrini araşdırır və təkmilləşdirməyə dair tövsiyələrini verir;
  • Gəlir və xərclərin təhlilini aparır;
  • Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar verir;
  • Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtib edir;
  • Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir.

Tələblər:

  • Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili.
  • İşə münasibətdə yüksək fəallıq və məsuliyyət nümayiş etdirmək tələb edilir.
  • Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
  • Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi, (Big Four Audit şirkətlərində çalışan mütəxəsislərə üstünlük verilir)
  • Maliyyə hesabatlarının hazırlanması üçün 1C, proqramından müvafiq məlumatların təmin edilməsi və düzəlişlərin edilməsi
  • Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
  • Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA ) F2,F3,F7 olması F9 üstünlükdür.

Dil bilikləri:

  • Azərbaycan dili – Əla
  • İngilis dili – yazı əla, danışıq orta
  • Rus dili – tələb deyil, üstünlük verilir.

Peşə bacarıqları:

  • Riyazi təfəkkür
  • Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
  • Səbir, təmkin və detallara diqqət
  • Təzyiq altında işləmək qabiliyyəti
  • Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;

Maraqlananlar CV-lərini “vacancy@avromed.az” elektron poçt ünvanına 30.01.2020-ci il tarixinədək göndərə bilərlər.

Elektron məktubun mövzu (subject, тема) hissəsində Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı