Hesabatlıq və Analitika üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan beynəlxalq bank Hesabatlıq və Analitika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Tranformasiya Ofisi Hesabatlıq və Analitika üzrə mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Bankın Transformasiya proqramı çərçivəsində mövcud təşəbbüslərinin həyata keçirilməsini Hesabatlıq və Analitika bölümü ilə birlikdə təmin etmək. Təşəbbüslərin həyata keçirilməsi zaman üzrə çıxan maneələri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
  • Təşəbbüslərin həyata keçirilməsi məqsədilə Hesabatlıq və Analitika bölümünə koordinasiya, təcrübə, ideya və məzmun dəstəyi vermək;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi Hesabatlıq və Analitika bölümü ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
  • Daxil olan sorğuları cavablandırmaq; fəaliyyətinin nəticələri barədə müvafiq hesabatları təqdim etmək, fəaliyyəti dövründə əmələ gələn digər vəzifələri yerinə yetirmək.

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat və ya riyazi ali təhsili olan;
  • Yüksək səviyyədə SQL ilə işləyə bilən;
  • Advanced Excel biliyi olan;
  • Baş mütəxəssis pozisiyası üçün vizuallaşdırma proqramlarından biri ilə işləməyi bacaran: Tableau, Power BI, Qlicksense;
  • Hesabatlıq və təhlil üzrə minimum 2 il təcrübəsi (mütəxəssis pozisiyası üçün)/ 3 il (baş mütəxəssis pozisiyası üçün) olan;
  • Yüksək təhlil bacarıqları olan bir şəxsdir.

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “TO Hesabatlıq və Analitika üzrə mütəxəssis” və ya “TO Hesabatlıq və Analitika üzrə baş mütəxəssis”)

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı