Qısa məzmun
Kapital Bank Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumat
Kapital Bank namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Nəzarət edici orqanlara (CBAR, ADİF, VN və s.) hesabatların təqdim olunması;
- Bank daxili hesabatların hazırlanması;
- Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanması;
- Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi;
- Bankın IFRS hesabatların təqdim olunması.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi;
- AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
- Mükəmməl MS Excel (yüksək səviyyədə) bilikləri;
- SQL bilikləri olan namizədlərə üstünlük verilir;
- ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...