Qısa məzmun
As group Hesabatlılıq və büdcələmə üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Menecment üçün aylıq Maliyyə Hesabatlarının hazırlanmasında iştirak etmək;
- Daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında digər müəssisələrdən məlumatları toplamaq;
- Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldilməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
- Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
- Faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması.
Tələb olunan göstəricilər:
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya audit üzrə bakalavr dərəcəsi;
- ACCA F3 və F7 arzu olunandır;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan və İngilis dili bilikləri əla, Rus dili orta səviyyədə;
- Mükəmməl analitik və düşünmə bacarıqları;
- Stressə dözümlülük;
- Tapşırıqları sürətli yerinə yetirə bilmək bacarığı;
- MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
- 1C sistemi üzrə biliklər.
BİZ TƏKLİF EDİRİK:
- İş vaxtı: 09:00 – 18:00;
- İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
- Korporativ nömrə, danışıq vaxtı və internet paket;
- Karyera imkanları;
- Nahar fasiləsi: 13:00 – 14:00 (nahar yeməyi şirkət tərəfindən təmin edilir);
- İş yeri: Yasamal rayonu (Renessans Plaza);
- Gənc və peşəkar işçi heyəti.
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Hesabatlılıq və büdcələmə üzrə kiçik mütəxəssis”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...