Qısa məzmun
“AzInTelecom” MMC Hesabatlar üzrə mütəxəssis-IFRS vakansiyasını elan edir
“AzInTelecom” MMC Hesabatlar üzrə mütəxəssis-IFRS vakansiyasını elan edir
Şirkət haqqında:
Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 22301, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.
Vəzifənin adı:
Hesabatlar üzrə mütəxəssis-IFRS
Şöbə:
Maliyyə departamenti/İqtisadi təhlil və nəzarət şöbəsi
Vəzifə öhdəlikləri
- Aylıq/rüblük/illik hesabatların tərtibi, IFRS tələblərinə uyğun düzəlişlər verilməsi;
- Yeni standartların izlənməsi və müəssisədə dərhal tətbiqinə başlanılması;
- Maliyyə auditi zamanı tam dəstək
Tələb olunan bilik və bacarıqlar:
- ACCA (ən az 9 level) və ya DipİFR dərəcələrindən biri olmalıdır;
- Analitik düşünmə bacarığı, təhlil etmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Korporativ dəyərlərə bağlılıq
Təhsil:
- Ali iqtisad və ya maliyyə təhsili
Dil bilikləri:
- Azərbaycan dili, ingilis dili(mütləq), rus dili bilənlərə üstünlük verilir
İş təcrübəsi:
- Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi
Xüsusi tələblər:
- Big 4 şirkətlərindən birində minimum Audit senior 3 il iş təcrübəsi
İş qrafiki:
- 09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...