Hesabatlar üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Hesabatlar üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün HESABATLAR ÜZRƏ MÜTƏXƏSSİS vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas Öhdəliklər:

  • Yerli tənzimləmə sənədlərinin rüblük/illik elektron istehsalının hazırlamasında və əlaqələndirməsində dərin biliklərin olması;
  • Aylıq Məlumat Paketi hesabatlarının hazırlanması;
  • Tənzimləyici hesabatların hazırlanması;
  • Aylıq IFRS hesabatının hazırlanmasında dəstək olmaq;
  • İllik IFRS hesabatının hazırlanmasında dəstək olmaq;
  • Maliyyə hesabatı təfərrüatları da daxil olmaqla idarə heyətinin rüblük iclaslarına dəstək olmaq;
  • İllik xarici və daxili yoxlamalarında iştirak etmək;
  • Daxili nəzarət, standartlarının və səmərəliyinin tətbiq olunmasında və ya yenilənməsində dəstək olması və qiymətləndirməsi;•
  • Maliyyə açıqlamalarını dəstəkləyən ətraflı sənədlərin hazırlanması da daxil olmaqla, maliyyə hesabatları ilə bağlı bütün daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək;
  • Maliyyə hesabatı prosesi ilə əlaqədar, maliyyə hesabatı prosesinin və daxili nəzarətin inkişaf etdirilməsi, gücləndirilməsi və bütövlüyünün qorunması məqsədilə qlobal ühasibatlığı və digər komandalarla funksionallıq ilə əməkdaşlıq etməsi;
  • Mühasibat uçotu qaydalarına dair (IFRS və yerli) dəyişikliklərin araşdırılmasına və sənədləşdirilməsinə dəstək olmaq;
  • Mühasibatlıqla bağlı yaranan yeni, standart olmayan problemləri üçün texniki dəstəyin göstərmək;
  • Baş Maliyyə qrupunun göstərişi ilə xüsusi layihələr və ya digər xüsusi müraciətlərin icrası.

Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə və Bank işi üzrə bakalavr dərəcəsi və ya daha yüksək təhsilin olması, ACCA/DipIFR üstünlükdür;
  • Azərbaycan və İngilis dillərində səlis danışmaq bacarığı, Rus dilinin bilməsi üstünlükdür;
  • Əla Microsoft Office bacarıqları;
  • Hesabat sahəsində 3-5 il iş təcrübəsinin olması, maliyyə sektorunda olan təcrübəyə üstünlük verilir;
  • Yerli tənzimləyici orqanlar və xarici auditorlarla işləmək təcrübəsi;
  • Yerli və beynəlxalq hesabat standartları haqqında məlumatlı olması.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 19 sentyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Hesabatlar üzrə Mütəxəssis qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə