Helpdesk Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Helpdesk Administrator vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və Rus dilləri mükəmməl bilməli, İngilis dili arzuolunandır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-an çox kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Texniki dəstək üzrə administrator tələb olunur.

Vəzifənin rolu

Bu vəzifənin rolu lokal İT avadanlıqların fəaliyyətini təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • Lokal kompüterləri quraşdırmaq
  • Lokal iş stansiyalarında yaranan avadanlıq problemləri müəyyən etmək və həll edilməsi üçün lazım olan işləri görmək
  • Periferik avadanlıqların fasiləsiz işləməsini təşkil etmək
  • Lokal iş stansiyalarında əməliyyat sistemlərinin qurulması və ayarlanması, isitfadə müddətində yaranan pozuntuları aradan qaldırmaq
  • İstifadəçilərin ehtiyaclarına uyğun standart və əlavə program təminatların yazılması və isitfadə müddətində yaranan pozuntuları aradan qaldırmaq
  • Proqram təminatlarının lisenziya tələb edən proqram təminatlarının müddətini nəzarətdə saxlamaq
  • İstifadəçilərin şirkətin təşkil etdiyi İT servislərdən istifadəsi üçün imkanlar yaratmaq (Outlook, FileSharing, etc)
  • Aktual lokal məlumatın rezerv surətini yaratmaq
  • Simli və simsiz daxili telefon qurğularına nəzarət etmək
  • LAN, WiFi şəbəkələrinin işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq
  • İşçilərin işə qəbul və işdən azad olunması zamanı texniki inventarların təhvil verməsində iştirak etmək, təhvil verilən avadanlıqların işlək vəziyyətdə olub-olmadığını yoxlamaq

Əsas tələblər:

  • İT və ya müvafiq sahə üzrə Ali təhsil
  • İT Helpdesk ixtisası sertifikatları arzuolunandır

Təcrübə:

  • İT üzrə ən azı 2 il iş təcrübəsi
  • Professional biliklər:
  • Drivers’ installation” və “checking logs”-ların yoxlanılması üzrə biliklər
  • MS Domain” sistemi və “Active Directory” haqqında əsas biliklər (PC-lərin domenə əlavə edilməsi, GPO-lərin, qrupların və istifadəçi hüquqlarının yoxlanılması)
  • MS Office 2013/16/19 məhsullarının quraşdırılması və nasazlıqların aradan qaldırılması
  • MS Outlook-u yaxşı bilmək
  • Şəbəkə avadanlığının tənzimlənməsi
  • LAN, WAN, Wi-Fi şəbəkələri
  • Əməliyyat sistemlərini və proqram təminatının qutaşdırılması
  • Microsoft Windows” əməliyyat sistemini yaxşı bilmək
  • Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Problem həll etmə
  • Komandada işləmə
  • İşgüzar ünsiyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Helpdesk Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı