Həkim ( Sağlamlıq üzrə mütəxəssis )
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azmədənistehsal MMC şirkəti Həkim vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • İş öncəsi bütün işçilərin təzyiqinin və hərarətinin ölçülməsi, alkotest edilməsi;
  • İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması – ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi (İşə qəbul sənədinə qeyd edilməklə) ;
  • Hər bir sahədə baş verən qəzaların və bədbəxt hadisələrin qeydiyyata alınması, ilkin tibbi yardımın göstərilməsi və dərhal ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi;
  • Ehtiyac olduğu təqdirdə təcili tibbi yardıma (103) müraciət edib – çağrılması;
  • Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, qeydiyyat vərəqəsinə və jurnalına qeyd edilməsi;
  • Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması və müddəti bitmiş dərmanların aktlaşdırılıb – ƏM və TT şöbəsinə təhvil verilməsi.
  • 6 günlük iş qrafiki (həftənin 5 günü 08:00-dan 16:00-a,şənbə günü 08:00-dan 14:00-a qədər)
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq
  • İş yeri Xırdalan ərazisində yerləşir
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Servis xidməti mövcuddur

Namizədə tələblər:

  • Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
  • İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
  • Rəhbərlik tərəfindən verilən yazılı və şifahi göstərişlərin yerinə yetirilməsi

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Həkim” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı