Həkim
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Premium Transport MMC Həkim vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və yataqxana ilə təmin olunacaqdır.

Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək

İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavod ərazisi

Vəzifə öhdəlikləri:

  • İş öncəsi bütün işçilərin təzyiqinin və hərarətinin ölçülməsi, alkotest edilməsi;
  • İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması – SƏTƏM şöbəsinin rəisinə məlumat verilməsi (İşə qəbul sənədinə qeyd edilməklə) ;
  • Hər bir sahədə baş verən qəzaların və bədbəxt hadisələrin qeydiyyata alınması, ilkin tibbi yardımın göstərilməsi və dərhal SƏTƏM şöbəsinin rəisinə məlumat verilməsi;
  • Ehtiyac olduğu təqdirdə təcili tibbi yardıma (103) müraciət edib – çağrılması;
  • Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, qeydiyyat vərəqəsinə və jurnalına qeyd edilməsi;
  • Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması və müddəti bitmiş dərmanların aktlaşdırılıb
  • SƏTƏM şöbəsinə təhvil verilməsi.

Namizədə olan tələblər:

  • Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
  • Ali tibbi təhsil

İş şəraiti:

  • Növbəli iş rejimi
  • Nəqliyyat və yataqxana ilə təmin olunma;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Həkim” başlığı ilə) göndərməyini xahiş edirik

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı