Həkim-Gigiyenist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azersun Holding Həkim – gigiyenist vəzifəsi üzrə vakansiya elan edir. Laboratoriya işinin təşkil edilməsini bilməlidir.

Namizədə aid tələblər:

  • Ali tibbi təhsilli olmalı;
  • Aidiyyatı sahədə 3-5 il təcrübəsi olmalı;
  • Sosial gigiyenanın əsaslarını və sanitar – epidemioloji xidmətin təşkilini bilməli;
  • Laboratoriya işinin təşkil edilməsini bilməli;
  • Kommunal gigiyena, qidalanma gigiyenası, əmək gigiyenası və ətraf mühitin mühafizəsi və radiasiya gigiyenası üzrə digər məsələləri şəkar səviyyədə bilməli, kompüterdə çalışma qabiliyyəti olmalı;
  • Əməyin mühafizəsi qaydalarını bilməli, mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini bilməli, gigiyenik və ğlamlaşdırıcı tədbirlərin təşkil edilməsi və aparılması qaydalarını bilməli;
  • Əmək fəaliyyətinin təşkilinin nəzəri əsaslarını və gigiyenik prinsiplərini bilməli.

İş haqqında məlumat:

  • Sanitariya qaydalarına, gigiyena normativlərinə , sanitariya- gigiyenik və epidemiya əleyhinə tədbirlərin təşkili və aparılmasına nəzarətin həyata keçirilməsi;
  • Əhali arasında xəstəliklərin baş verməsi və yayılmasının səbəblərinin və şəraitinin müəyyən edilməsi;
  • Sanitariya – epidemioloji sağlamlığın təmin olunması sahəsində ərazilərin sosial – iqtisadi inkişafı proqramlarının layihələri üzrə
  • kliflərin hazırlanmasında iştirak edilməsi;
  • Sanitariya epidemioloji ekspertizanı, araşdırma , müayinə , təhqiqat, sınaq, eləcə də toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərinin həyata keçirilməsi;
  • Əhalinin gigiyenik tərbiyəsi üzrə işin təşkil edilməsi və həyata keçirilməsi;
  • Sosial – gigiyenik monitorinqin aparılmasında iştirak edilməsi;
  • Öz ixtisası üzrə sanitariya – epidemioloji rəylərin hazırlanması, başqa bölmələrin həkimlərinə gigiyena ixtisası üzrə məsləhətlərin verilməsi,iş fəaliyyətinin göstəricilərinin təhlil edilməsi;
  • Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Cihaz və avadanlıqların istismarının düzgünlüyünə , orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə yardım göstərilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına (“Həkim-Gigiyenist” başlığı ilə) göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı