Həkim – epidemioloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Disinfection Center Həkim-epidemioloq vəzifəsi üzrə vakansiya elan edir.

BAKUDEZ GROUP “Həkim-epidemioloq” üzrə vakansiya elan edir.

2019-cu ildə yaradılmış BAKUDEZ GROUP-a dezinfeksiya, dezinseksiya, deratizasiya, təmizlik (cleaning) və hovuzların təmizlənməsi, habelə dezinfeksiyaedici vasitələrin və təmizlik vasitələrinin satışı ilə məşğul olan 4 şirkət daxildir.
BAKUDEZ GROUP-a daxil olan şirkətlər lisenziya (icazə) tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziyaya (icazəyə) malik olmaqla yanaşı, beynəlxalq sertifikasiyadan da (ISO 9001:2015 standartı, ISO 14001 sertifikatı, ISO 45001:2018 sertifikatı) uğurla keçmişdir.

Əmək funksiyası:

Şirkətdə sanitar-epidemioloji iş rejimini təşkil edir və bu iş rejiminə riayət olunmasına nəzarət edir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasın aparır, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən tibbi-profilaktik tədbirlərin, o cümlədən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya tədbirlərinin həyata keçirilməsini təmin edir, dezinfeksiya işlərini aparan briqadanın işinə, xidmət göstərilən obyektlərin sanitar vəziyyətinə nəzarət edir.
Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət edir, bu sahədə səmərəliliyin və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər verir.

Bilməlidir:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, müxtəlif yoluxucu xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi üzrə qanunvericiliyin əsaslarını, dezinfeksiyanın aparılması qaydalarını, müəssisədaxili intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarını.

Əmək haqqı yüksəkdir. Rəsmiləşmə əmək qanunvericiliyinə uyğun olaraq aparılacaqdır. Karyera və inkişaf perspektivləri yüksəkdir.

Namizədə dair tələblər:

  • Ali təhsili (əsasən epidemioloq, sanitar həkim, infeksionist)
  • 5 ildən az olmayaraq tibbi-profilaktika sahəsində iş təcrübəsi
  • Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya sahəsində nəzəri və praktik biliklər
  • Təşkilatçılıq qabiliyyəti
  • İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti
  • Gərgin, qeyri-stabil iş rejimində işləmək bacarığı
  • Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə), ingilis (arzuolunandır) bilməli
  • Stressə davamlılıq
  • Səlis nitq, aydın danışıq tərzi
  • Məsuliyyətli və ünsiyyətcil olmalı
  • Komandada işləmək bacarığı
  • Kompüter bilikləri: Microsoft Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları
  • Ofis texnikasından istifadə (printer, skaner, kseroks)

CV-lərinizi hr_bakudez@mail.ru ünvanına “Həkim-epidemioloq” başlığı ilə göndərməyiniz xahiş olunur.

Bundan başqa, CV-lərinizi (+99477) 499 99 98 mobil nömrəsinə whatsapp vasitəsilə göndərə və ya həmin nömrə ilə əlaqə saxlayaraq məlumat verə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı