Həkim-epidemioloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ecomedi Həkim-epidemioloq vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Şirkətdə sanitar-epidemioloji iş rejiminin təşkili və bu iş rejiminə riayət olunmasına nəzarət edilməsi;
  • Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasını aparılması
  • Yoluxucu,kütləvi qeyri-yoluxucu xəstəliklərin yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən tibbi-profilaktik tədbirlərin, dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsini təmin edilməsi
  • Dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət edilməsi.

Əsas tələblər:

  • Yaş həddi: 28-45
  • Ali təhsili (əsasən epidemioloq, sanitar həkim, infeksionist, tibbi bioloq)
  • 3 ildən az olmayaraq tibbi-profilaktika sahəsində iş təcrübəsi;
  • Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə) bilməli;
  • Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik biliklər;
  • Təşkilatçılıq qabiliyyəti;
  • İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti;
  • Məsuliyyətli və ünsiyyətcil olmalı;
  • Komandada işləmək bacarığı;
  • Kompüter bilikləri: Microsoft Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından isifadə bacarıqları.

İş şərtləri:

  • Iş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
  • Şirkət tərəfindən yanacaq ilə təmin edilir;
  • Əmək haqqı müsahibə əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həkim-epidemioloq” qeyd edərək cv@ecomedi.az ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı