Həkim
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700 AZN. Azmedicon MMC Həkim vəzifəsi üzrə vakansiya elan edir. Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını bilməlidir.

Vəzifə funksiyaları:

  • Həkim- terapevt tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir,
  • Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir,
  • Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır,
  • Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir,
  • Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin
    mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir,
  • Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir,
  • Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir,
  • Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir,
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır,
  • Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir,
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz itisasını artırır.,
  • Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

Tələblər:

  • Ali tibbi təhsil
  • Müvafiq vəzifə üzrə 5 il iş təcrübəsi
  • Rus dili sərbəst,

 Bilməlidir:

  • Xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını,
  • Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını,
  • Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını,
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını,
  • Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
  • Tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını,
  • Həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını,
  • İnsan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını,
  • Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını,
  • Sanitar-maarifləndirmənin əsaslarını,
  • Daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.

* iş qrafiki: 15 gün
* iş yeri Daşkəsən
* əmək haqqı: 700 AZN

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı