Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Facility Management Group şirkəti Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzi̇fələr:

  • İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
  • İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq/elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
  • Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin/elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
  • İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
  • İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
  • İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması

Tələblər:

  • Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
  • Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi
  • Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı
  • Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları

Xahiş olur CV-lərinizi Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis başlığı altında e-mail ünvanına yollayasınız.

Oxşar vakansiya siyahısı:

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı