Qısa məzmun
AVT Logistics Havalandırma, isitmə və soyutma sistemləri üzrə usta vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Havalandırma, isitmə və soyutma sistemləri üzrə usta
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
İşin Təsviri: Ofis, Anbar və Platforma havalandırma sistemləri və kondisionerlərin yoxlanılması və təmiri.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı yaranan problemlərin aradan qaldırılması və təmir işlərinin icra edilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətli şəkildə yerinə yetirilməsi.
Tələblər:
- Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmalı;
- Komandada işləmə bacarığına malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Havalandırma, isitmə və soyutma sistemləri üzrə usta” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...