Qısa məzmun
Lilac Flower Boutique Gülçü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Güllərin gündəlik qulluq işlərini həyata keçirmək (təmizləmə, suya qoyma, kəsim və s.)
- Gülçüyə buket və kompozisiya hazırlanmasında yardım etmək
- Hazır buketlərin paketlənməsi və təqdimata hazırlanması
- Mağazanın səliqə və təmizliyinin qorunması
- Müştərilərin qarşılanması və ilkin məlumatlandırılması
- Gül və material ehtiyatına nəzarət etmək, çatışmazlıq olduqda məlumat vermək
- Çatdırılma üçün buketlərin hazırlanmasında yardım
Tələblər:
- Gülçülük sahəsinə maraq və öyrənməyə həvəs
- Məsuliyyətli, səliqəli və diqqətli olmaq
- Komanda ilə işləmə bacarığı
- Ünsiyyətcil və gülərüz davranış
- Təcrübə arzuolunandır, lakin şərt deyil — öyrədilir
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Cinsi: kişi
Müraciət üçün: CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Xahiş olunur CV-lərinizi göndərəndə, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.