Grow lab layihəsi üzrə təcrübə proqramı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ferrum Capital Grow lab layihəsi üzrə təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir.

Təcrübə proqramı barədə məlumat:

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC “Grow lab” layihəsi üzrə təcrübə proqramı elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin araşdırma və biznes proseslərinin qurulması sahəsində yaxından iştirak edərək təcrübə qazanmasına və karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramına kimlər müraciət edə bilər?

  • Bakalavr və magistr tələbələri
  • Yeni məzunlar

Namizəddə hansı özəllikləri axtarırıq?

  • Ali təhsil
  • Qəbul imtahanında 600-dən yüksək bal toplamaq
  • İngilis, rus, türk dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək
  • Yüksək səviyyədə riyazi biliklər
  • Araşdırma və problem həlletmə qabiliyyəti
  • Məsələlərə analitik yanaşma

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

  • Müxtəlif biznes layihələrinin hazırlanması və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif dillərdə araşdırılma edilməsi və təqdimat hazırlanması
  • Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edilməsi

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Grow lab” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı