GPS üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FoxExpress GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

  • 2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
  • Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “FoxExpress” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vəzifə öhdəlikləri:

  •  Nəqliyyat vasitələrinin siyahısının daimi yoxlanılması və yenilənməsi;
  • Nəqliyyat vasitələrinin izlənərək kənarlaşma hallarının qeydiyyata alınması və rəhbərliyə məlumat verilməsi;
  • GPS sistemləri üzərindən yanacaq və digər ölçmə sistemlərinin daimi monitorinqinin aparılması və kənarlaşmaların qeydiyyata alınması;
  • GPS izləmə sistemlərinin yaxşılaşdırlması üzrə təkliflərin verilməsi;
  • Mövcud nəqliyyat vasitələrinə GPS qurğularının quraşdırılması üçün müraciətin edilməsi;
  • Günlük iş planı üzrə əraziyə çıxmış nəqliyyat vasitələrini müvafiq izləmə proqramı üzərindən izlənməsi;
  • İzləmənin nəticələri əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Nəqliyyat vasitələrinin giriş-çıxış vaxtının təyin edilməsi və onlara nəzarət edilməsi;
  • İşinin müvafiq təlimat və qaydalara uyğun qurulması
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədə
  • Cins : Kişi

Tələblər:

  • Nəqliyyat sahəsi üzrə ali təhsil
  • Minimum 1 il iş təcrübəsi
  • Yaş həddi 23-35
  • MS Office proqramlarını bilməli;

Əlavə məlumat:

  • Əmək haqqı; 500 – 600 AZN;
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • İş yeri: Baki şəhəri,
  • Həftənin 5 iş günü iş ( 2 gün istirahət həftə içi)

Maraqlanan namizədlərdən mövzu sətrində “GPS üzrə mütəxəssis” qeyd etməklə CV ni hr@foxexpress.az mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılac 050-599-01-75 (İnsan resursları)

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı