GPS operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC GPS Operatoru vəzifəsi üzrə vakansiya elan edir. Şifahi və yazılı ünsiyyət bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Traktorların gündəlik işlərinin ölçülməsi və hərəkətinə  nəzarət;
  • Operativ  hesabatı vaxtında tərtib edərək Baş Gps operatoruna məlumat vermək;
  • Filial Dispetçerlərinin işlərinə nəzarət etmək və vaxtında məlumatları tələb etmək;
  • Pambıq daşınması zamanı daşınma texnikalarının hərəkətinə nəzarət etmək və kənarlaşmaların qarşısını almaq.
  • İş görülən zaman traktorun Geozonalara uyğun işlədiyini və kənarlaşmaların qarşısını almaq.

Tələblər:

  • GPS və GNSS qəbulediciləri haqqında məlumatlı olması
  • Geodeziya, xəritəçilik, aqrar, və ya İT sahəsində ali təhsili olanlara üstünlük veriləcəkdir.
  • Aqrotexniki işlər barəsində məlumatlı olması arzuolunandır.
  • Mövsümün müəyyən dövrlərində gərgin iş rejimində işləmə.
  • Ünsiyyət qurmaq və analitik düşünmə  bacarığı
  • Komanda ilə işləmək bacarmağı
  • Məsuliyyətlilik, diqqət və dəqiqlik
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “GPS operatoru” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı