GPS operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC GPS Operatoru vəzifəsi üzrə vakansiya elan edir. Şifahi və yazılı ünsiyyət bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Gündəlik filiallar üzrə görülmüş aqrotexnik işlərin yoxlanıb sistemə işlənilməsi və təsdiqi;
  • Filiallar üzrə aqrotexnikaların GPS qəbuledicilərinin işçi vəziyyətində olmasına nəzarət;
  • Şöbə rəhbəri və Baş GPS operatoru tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;
  • Aylıq və mövsümi hesabatlar çıxarıb analizlər aparmaq.

Tələblər:

  • Geodeziya, xəritəçilik, aqrar və ya İT sahəsində ali təhsili olanlara üstünlük veriləcək;
  • Aqrotexniki işlər barəsində məlumatlı olması arzuolunandır;
  • Mövsümün müəyyən dövrlərində gərgin iş rejimində işləmək;
  • MS ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

Müraciət üçün linkə daxil olun: https://hr.mktcotton.com/job/gps-operatoru?sources=Jobsearch.az

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı