Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC GPS Operatoru vəzifəsi üzrə vakansiya elan edir. Şifahi və yazılı ünsiyyət bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Gündəlik filiallar üzrə görülmüş aqrotexnik işlərin yoxlanıb sistemə işlənilməsi və təsdiqi;
- Filiallar üzrə aqrotexnikaların GPS qəbuledicilərinin işçi vəziyyətində olmasına nəzarət;
- Şöbə rəhbəri və Baş GPS operatoru tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;
- Aylıq və mövsümi hesabatlar çıxarıb analizlər aparmaq.
Tələblər:
- Geodeziya, xəritəçilik, aqrar və ya İT sahəsində ali təhsili olanlara üstünlük veriləcək;
- Aqrotexniki işlər barəsində məlumatlı olması arzuolunandır;
- Mövsümün müəyyən dövrlərində gərgin iş rejimində işləmək;
- MS ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
Müraciət üçün linkə daxil olun: https://hr.mktcotton.com/job/gps-operatoru?sources=Jobsearch.az
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...