Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Logist LLC Gömrükləmə və beynəlxalq daşınmalar üzrə broker vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin öhdəlikləri
- Gömrük sənədlərinin dövriyyəsinin aparılması;
- Gömrük ödənişləri ilə işləmək;
- Gömrük orqanlarında yaranan qeyri-standart məsələlərin həlli;
- Gömrük rəsmiləşdirilməsi məqsədilə qəbul edilmiş mal və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərini yoxlamaq;
- Xərclərin hesablanmasında və müvafiq gömrük rüsumlarının ödənilməsində köməklik göstərmək;
- Müştərinin idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirmək;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
- Nəqliyyat və gömrük sənədləri ilə iş; Bütün zəruri icazələrin hazırlanması.
Şərtlər:
- İş qrafiki həftə içi 9 00 – 18 00, istirahət günü – şənbə, bazar
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Telefon danışıq haqqının verilməsi
- Əmək haqqı müsahibəyə əsasən təyin olunur
Namizədə tələblər:
- Ali təhsil
- MS Office (Word, Excel, Outlook) proqramlarıını bilməli
- Azərbaycan, Rus dili (orta), İngilis dili (yaxşı)
- Dürüst, məsuliyyətli və diqqətli olmaq
- Təşəbbüskarlıq qabiliyyəti
- Analitik düşünmə, tez qərar qəbul etmə, yarana biləcək problemləri ən qısa zamanda həll etmək bacarığı
Maraqlanan namizədlərdən öz CV-lərini ulker.sadigova@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...