Gömrükləmə sahəsində Təcrübə proqramı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Milli Broker Gömrükləmə sahəsində Təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir.

Bu proqramda iştirak etməklə, Siz gömrükləmə sahəsi üzrə zəruri bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.

Sizə nə təklif edirik?

  • Regionun ən böyük logistika mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Gömrükləmə sahəsində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı;
  • Milli Brokerin peşəkar komandasının bir üzvü olmaq şansı;
  • Gömrükləmə sahəsində ixtisas sertifikatı imtahanında uğurla iştirak etməyiniz üçün şirkət tərəfindən təlimlərdə iştirak imkanı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil;
  • Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
  • MS Offise proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma bacarıqları;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

crübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

  • Qısa idxal bəyannamələrinin tərtib edilməsində iştirak;
  • Tranzit gömrük bəyannamələrinin tərtib edilməsində iştirak etmək;
  • Bəyannamələrin sistemə işlənilməsində iştirak;
  • Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibini öyrənmək;
  • Malların idxal-ixrac əməliyyatları zamanı bəyannamələrin hazırlanmasını öyrənmək;
  • Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsini müşahidə etmək;
  • Sənədlərin tərtibatı, sertifikatların alınmasında müştəriyə dəstək prosesində iştirak etmək;
  • Gömrük rəsiləşdirilməsi məqsədi ilə malın gömrük sənədlərindəki məlumatların yoxlanılması qaydasını öyrənmək;
  • Müqavilə şərtlərinə əsasən yüklərin sifarişçinin ünvanına çatdırılmasında iştirak;
  • Yüklərin göndərilməsi üçün müvafiq nəqliyyat vasitələrinin seçim prosesini öyrənmək;

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 31 yanvar 2022-ci il tarixinədək mövzu hissəsində “Gömrükləmə sahəsində Təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.

mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı