Gömrük işləri üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MSDIS Holding Gömrük işləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vəzifə öhdəlikləri:

  • Gömrük proseslərinə nəzarət edilməsi;
  • Gömrük bəyannamələrinin tərtib olunması və yoxlanılması;
  • İdxal və ixrac olunan malların marşrut xətti üzrə izlənilməsi və nəzarətdə saxlanılması;
  • Gömrük yoxlanışında olan malların şirkət anbarına düzgün şəkildə çatdırılmasının və təhvil verilməsinin təmin edilməsi;
  • Müqavilələrin və sifariş formalarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Logistika və ixrac əməliyyatları sahəsində 1-3 il iş təcrübəsi arzuolunandır;
  • İdxal, ixrac prosesi və logistika haqqında anlayış;
  • Azərbaycan dilini əla, rus və ingilis dillərini orta səviyyədə bilməli;
  • Microsoft Office (Word, Excel, PowerPoint, Outlook) proqramını bilməli;
  • Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür;
  • Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik;
  • Dəqiqlik, operativlik və kollektivdə işləmə bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 5 iş günü;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
  • AR ƏM əsasən işə qəbul;
  • Əlaqə nömrəsi: 051-201-21-97, 051-201-21-18.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Gömrük işləri üzrə mütəxəssis” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar köməkçisi

Zeta Group “Anbardar köməkçisi” üzrə vakansiya elan edir. ...

Zeta Group

07.06.2024 - Bakı

550₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

14.05.2024 - Bakı