Geodeziya üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Geodeziya üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Mövsüm ərzində fermerlərə məxsus GPS vasitəsilə ölçülmüş torpaq sahələrinin xəritə halına salınıb şirkətin lokal proqram təminatına işlənilməsinə nəzarət etmək;
  • Mövsüm ərzində ölçülmüş fermerlərə və şirkətə məxsus torpaq sahələrinin xəritələrini tərtib etmək və sahələr üzrə müxtəlif məkansal analizlər aparmaq;
  • GPS qəbulediciləri istifadə edən şirkət əməkdaşlarına məsafədən və yaxud yerində dəstək göstərmək;
  • Görülmüş aqrotexniki işlərə aid hesabatlar hazırlamaq;
  • Peyk şəkillərindən istifadə etməklə K/T-na aid analizlər apamaq;
  • İşlə əlaqədar daim ezamiyyətə gedə bilmək.

Tələblər:

  • Geomatika, Geodeziya, Xəritəçilik, Topoqrafiya, Yer quruluşu üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 3-5 illik iş təcrübəsi;
  • Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır
  • ArcGIS, QGIS, Erdas, Google Earth və s. kimi Coğrafi İnformasiya Sistemləri və Məsafədən Zondlama proqramlarını bilməli;
  • GPS- GNSS qəbulediciləri vasitəsilə işləmək bacarığı;
  • İngilis və Rus dilini bilməsi arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook), ERP sistemləri üzrə biliklər

Səriştələr:

  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Güclü araşdırma bacarıqlarının olması;
  • İnnovativ texnologiyalara marağının olması.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Geodeziya üzrə mühəndis” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan