Gənclərlə iş üzrə koordinator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gələcəyini Qur! Layihəsi Gənclərlə iş üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.

“Gələcəyini Qur!” Layihəsində VAKANSİYA!

GƏNCLƏRLƏ İŞ ÜZRƏ KOORDİNATOR

Müraciət üçün son tarix: 15 fevral 2021-ci il

Tələblər:

  • Ali təhsil (minimum bakalavr dərəcəsi)
  • Sosial layihə və proqramlarda təcrübə
  • Yüksək səviyyədə ingilis dili biliyi (advanced English /C1, C2)
  • Kompüter proqramları biliyi (MS Office)
  • Kreativ və təşəbbüs göstərən, gənclərin inkişafına yönəlmiş yeni layihə və proqram ideyalarını yarada bilən
  • Komandada və müstəqil şəkildə işləyə bilən
  • Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
  • Yüksək araşdırma bacarığına malik
  • Təqdimat bacarıqları

Vəzifə və öhdəliklər:

  • Layihə iştirakçıları (abituriyentlər) və Layihə məzunları (tələbələr) ilə işin təşkili
  • Layihə könüllüləri ilə iş
  • Tədbir və təlimlərin təşkili
  • Hesabatların hazırlanması (Azərbaycan və ingilis dillərində)
  • Yeni layihə və proqramların yaradılmasında iştirak
  • Layihənin seçim prosesinin təşkilində və həyata keçirilməsində iştirak
  • Layihə çərçivəsində digər iş və tapşırıqların yerinə yetirilməsi

Vakansiyaya müraciət:

Göstərilən tələblərə cavab verən namizədlər aşağıdakı sənədləri “Youth Coordinator” başlığı ilə (subject) info@geleceyiniqur.az elektron ünvanına göndərə bilərlər:

  • 1. CV (maksimum 2 səhifə)
    2. Motivasiya Məktubu (xahiş edirik ki, məktubda əmək haqqı gözləntinizi qeyd edəsiniz)

Qeyd:

  • CV və Motivasiya məktubu ingilis dilində yazılmalıdır.
  • Natamam, tələblərə uyğun olmayan və son müraciət tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.

Layihə haqqında məlumat

2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasətləri çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycana yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə haqqında ətraflı məlumatı veb-saytda əldə edə bilərsiniz: www.geleceyiniqur.az

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı