Front-End (VUE) Proqramçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Prosper MMC şirkəti Front-End(VUE) Proqamçı vəzifəsi üzrə vakansiya elan edir

İş barədə məlumat:

10 ildən çox fəaliyyət göstərən və bir çox yerli və beynəlxalq layihələr üzrə müxtəlif veb proyektləri icra edən Prosper MMC-nin Proqram Təminatı komandası Vue.js üzrə ixtisaslaşmış təcrübəli və bacarıqlı Front-end üzrə Proqram Təminatçısı axtarışındadır. Bir Vue.js tərtibatçısı kimi tapşırıqları uğurla icra etmək üçün siz JavaScript və vue.js konsepsiyaları haqqında dərin biliyə, mükəmməl front-end kodlaşdırma bacarıqlarına və mütərəqqi veb proqramlarını yaxşı başa düşməlisiniz. Belə ki, axtarılan yüksək səviyyəli vue.js proqram tərtibatçısı tətbiqin performansını artırmaq üçün müasir istifadəçi interfeysi komponentlərini layihələndirməyi və qurmağı bacarmalıdır. Vakant onlayn, oflayn və ya hibrid əsaslarla çalışa bilər, layihənin tələblərinə əsasən tərtib olunmuş vaxta işləri təhvil vermək, hesabatlılıq və düzgün kommunkasiyadır.

Məsulliyyətlər:

  • İstifadəçi interfeysi ideyalarını və tətbiqlərini müzakirə etmək üçün proqram tərtibatçısı komandası ilə daimi görüşlər, müzakirələr və iclaslarda iştirak
  • Tətbiq tələblərinin, texniki tapşırığın, protatipin və interfeys dizaynlarının nəzərdən keçirilməsi
  • Veb əsaslı istifadəçi qarşılıqlı əlaqələrinin (user interaction) müəyyən edilməsi və başa düşülməsi
  • Vue.js (Nuxt) əsaslı konsepsiyalardan istifadə edərək istifadəçi interfeysi komponentlərinin hazırlanması və həyata keçirilməsi
  • Modulların hazırlanması və ya hazır modullara texniki dəstəyin göstərilməsi
  • Kompüter əməliyyat prosesində diaqram və axın qrafiklərini inkişaf etdirmək
  • Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
  • Proqram səhvlərini təhlil edib ,düzəldib və dəqiq vəziyyət hesabatlarını vaxtında təqdim etmək
  • Tətbiqin texniki xidmətini dəstəkləmək üçün texniki sənədlər hazırlamaq
  • Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək
  • İnterfeys proqram təminatı ilə bağlı problemlərin aradan qaldırılması və proqram kodlarının sazlanması
  • İstifadəçi interfeysi konsepsiyalarını dəstəkləmək üçün veb front-end arxitekturasının hazırlanması və icrası
  • Front-end performansının monitorinqi və təkmilləşdirilməsi
  • Bütün hazırlanan tətbiqlərin, dizaynların mobil və digər cihazlara adaptasiyası (mobile responsive)
  • Tətbiq dəyişikliklərinin sənədləşdirilməsi və yeniləmələrin hazırlanması
  • Müəssisə dizayn nümunələrinin və ən yaxşı təcrübələrin başa düşülməsi
  • Problem həll etmə bacarıqlarını tətbiq etməklə proqramlaşdırma məsələlərini həll etmək

Namizədə tələblər:

  • Təhsil: Ali Kompüter elmləri yaxud əlaqəli sahə üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il professional təcrübə və minimum 2 veb tətbiqin hazırlanması üzrə professional təcrübə
  • Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır)
  • Əməkhaqqı: 2500-5000 AZN (vakantın təcrübəsinə əsasən)
  • Vue.js (Nuxt) kimi bir və ya daha çox müvafiq “front-end” “framework”-ləri üzrə dərin təcrübə
  • Brauzer API-ləri və qabaqcıl performansın optimallaşdırılması üzrə minimum 5 illik təcrübə
  • APİ qoşulması (front-end tərəfdə məntiqi asanlaşdırmaq üçün hazırlanacaqdır, əsas hesablamalar back-end-də ediləcəkdir)
  • Front-end performansı optimizasiya etmək
  • ASAN login inteqrasiyası (öncəki layihələr istifadə olunan hazır həllər proqram tərtibatçısına ötürülə bilər)
  • Unit testlərin yazılması (Cİ pipeline olacaqdır, bu səbəbdən nəzərə alınmalıdır)
  • Sənədləşmə (Documentation) (“high level” arxitekt diaqramı və feature-lər haqda məlumat)
  • “QA” və “Real user” testləri zamanı ortaya çıxan problemlərin həll olunması
  • Müştəri və istifadəçi rəylərinə əsasən operativ düzəlişlərin icrası, təklif və protatiplərin hazırlası və tənzimləmə bacarığı
  • Qısa zamanda problemlərin həlli və problemlərin aradan qaldırılması bacarıqları
  • Proqram təminatı komandası, layihə rəhbəri və layihə üzrə digər komanda üzvləri ilə sıx ünsiyyət, hesabatlılıq və kommunikasiya bacarıqları

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. Diqqət edin ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və imeylin mövzu hissəsində mütləq “Front-end (Vue) Proqram Təminatçısı” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı