Foto Retuşer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Şirkətlər qrupuna hal hazırda Foto Retuşer tələb olunur. Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar olmalıdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Foto Retuşer tələb olunur.

İşin rolu

Bu rol məhsulların şəkillərini retuş işlərinin aparılmasına və veb səhifələrə dərc edilməsinə cavabdehdir.

Vəzifə öhdəlikləri:

  • Məhsulların şəkillərini markaların və e-mağazaların qaydalarına uyğun olaraq redaktə etmək
  • Elektron mağazalara məhsulların şəkillərini əlavə etmək
  • Məhsulların şəkillərinin ölçülərini ölçü cədvəlinə uyğun olaraq düzəltmək
  • Əlavə edilmiş məhsulların şəkillərini nəzərdən keçirmək

Əsas tələblər:

  • Təhsil:
  • İncəsənət/Dizayn/Fotoqrafiya/Pərakəndə Satış sahəsi üzrə Bakalavr dərəcəsi arzuolunadır
  • Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar
  • Təcrübə:
  • Foto retuş işləri üzrə 1-2 illik iş təcrübəsi
  • Retuşer rolunda Pərakəndə Satış sektorunda təcrübə arzuolunadır
  • Professional biliklər:
  • Azərbaycan və Rus dillərini səlis, İnglis dilini orta səviyyədə bilmək
  • Photoshop və Adobe Creative Suite üzrə mükəmməl biliklər
  • Foto retuş alətləri üzrə mükəmməl biliklər
  • MS Office proqramlarını bilmək
  • Professional bacarıq və kompetensiyalar:
  • Yaradıcılıq
  • Nəticəyönümlülük
  • Vaxtın idarə edilməsi

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Foto Retuşer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Qrafik Dizayner

CMT Group MMC Qrafik Dizayner üzrə vakansiya elan edir. ...

CMT Group MMC

14.05.2024 - Bakı