Qısa məzmun
Bank of Baku Flutter developer vəzifəsi üzrə vakansiya elan edir. Yeni proqramın keyfiyyət standartlarına cavab verməsini təmin etməlidir.
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
- Flutter developer üzrə 1 ildən çox iş təcrübəsi
- Flutter ilə mobil tətbiq yaratmış olmaq
- Kənar (3rd party) kitabxanalar və API inteqrasiya təcrübəsinə malik olmaq
- Git və ya digər kod versiya idarəetmə sistemləri ilə təcrübə
- Əla Azərbaycan dili bilikləri (İngilis dili biliyi arzuolunandır.)
- Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması
Qeyd: AppStore/Google Play’də minimum 1 tətbiq yükləmiş olması və native kodlaşdırma (Java/Kotlin və ya Swift) təcrübəsi üstünlükdür.
Əsas vəzifə və öhdəliklər:
- Yeni mobil proqram təminatının yazılması
- Yeni proqramın keyfiyyət standartlarına cavab verməsini təmin etmək
- İş qrafiki: 5 iş günü, 09:00-18:00
- İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Flutter developer qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...