Fizika müəllimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Fizika müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Rus bölməsi üzrə Fizika müəllimi vəzifəsinə müraciət etmək üçün fizika sahəsində ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Rus dilində mükəmməl danışma və yazma bacarığı;
  • Azərbaycan dilində tədris bacarığı üstünlükdür.
  • Tələb olunan sahədə ən az 3-5 il müddətində pedaqoji təcrübə; Beynəlxaq məktəbdə iş təcrübəsi üstünlükdür.
  • 11-18 yaş qruplarını əhatə edən təhsilalanlarla böyük həvəslə işləmək istrəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı.
  • İngilsi dili namizədlər üçün üstünlükdür.

ÖHDƏLİKLƏR:

  • Təhsil yönümlülük və təhsilalanların təlimatlandırılması;
  • Məktəbin tədris planının tələb və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək üçün müvafiq tədris proqram və təlim materialların hazırlanması;
  • Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması;
  • Şagird nailiyyətləri barədə əhəmiyyətli və vaxtında rəy vermək;
  • Məşğuliyyət tam iş günü nəzərdə tutulur.

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə
uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (Fizika Müəllimi) qeyd olunmaqla, hr@mtk.edu.az electron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...