Filial Müdiri (regionlar üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kredit Evi QSC Filial Müdiri vəzifəsi üzrə vakansiya elan edir. İqtisadiyyat yönümlü ali təhsil olmalıdır.

Masallı,Şəmkir,Şamaxı,Saatlı,Gədəbəy,Quba,Xaçmaz,Şabran,Siyəzən,Goranboy və Qazax filialları üçün “Filial Müdiri” vakansiyası elan edir.

Kredit işçisi üçün tələblər:

  • Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
  • Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Daxili motivasiya və prinsipiallıq;
  • Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
  • Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
  • Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
  • Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

İşin təsviri:

  • Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
  • Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
  • Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmaq;
  • Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasına və sağlamlaşdırılmasına nəzarət etmək;
  • Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflərin verilməsi;
  • Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
  • Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) hr@kreditevi.az ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqayıt – Müdir). Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq

Oxşar vakansiya siyahısı:

Maliyyə meneceri

AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı