Qısa məzmun
GL ASC Filial müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifələr
- Filialdakı kredit işçilərinin fəaliyyətinə və onların təqdim etdiyi kreditlərin icrasına nəzarət etmək;
- Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə mövcud normativlərə uyğun olaraq kreditlərin Kredit Komitəsinə təqdim edilməsi;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Gecikdirilmiş ödənişlər və borclar üzrə analitik məlumatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasını təmin etmək;
- Problemli kreditlərlə bağlı hesabatların hazırlanması və aidiyyəti şöbələrə təqdim edilməsi;
- Filial üzrə kreditvermə hədəflərinə nail olmaq üçün Baş Ofis ilə səmərəli əməkdaşlığın təmin edilməsi.
Namizədə olan tələblər
- Maliyyə, kredit və ya satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
- Yaş həddi: 25-50 (yalnız bəy namizədlər);
- Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik.
Təkliflərimiz
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00;
- Əməkhaqqı: 800-1000 AZN (razılaşma əsasında);
- Əməkhaqqına əlavə olaraq, əməkhaqqının iki misli qədər bonus əldə etmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri.
Müraciət qaydası
Göstərilən tələblərə cavab verən şəxslər “Filial müdiri” başlığı ilə öz tərcümeyi-hallarını (CV) aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
vakansiya@glasc.az
Ünvan və əlaqə məlumatı
Ünvan: AZ1134, Bakı şəhəri, Asif Məhərrəmov küç. 22A
Əlaqə nömrəsi: (+994 51) 314 10 00
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...