Filial müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

GL ASC Filial müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

2016-cı idən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.

İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.

Bazarın liderlərindən biri olan GL ASC (Sizin Lombard) Mingəçevir  şəhərində yerləşən, mövcud həmçinin yeni açılacaq  filiallar üzrə Filial Meneceri  vəzifəsinə işçi qəbulu elan edir. Karyeranızı bu sahədə görür və bu istiqamətdə bilik və bacarıqlarınızı  inkişaf etdirmək istəyirsinizsə, size peşəkar komandamıza qoşulmağa dəvət edirik

Əsas vəzifələr:

  • Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
  • Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
  • Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
  • Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
  • Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Yaş həddi 25-50 (yalnız bəy namizədlər)
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Ə/h: razılaşma yolu ilə və əlavə olararq əməkhaqqının iki misli  qədər bonus əldə etmək imkanı.
  • Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial müdiri” başlığı ilə  vakansiya@glasc.az  elektron ü̈nvanına göndərməkləri xahiş olunur.

Ünvan

AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A

www.sizinlombard.az

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı