Fermerlərlə iş üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Fermerlərlə iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Sertifikatları olması arzu olunandır.

Müəssisə: MKT İstehsalat Kommersiya MMC

Departament/Şöbə: Xam pambığın istehsalı şöbəsi.
Hesabatlar kimə verilir: İdarə heyətinin üzvü, Baş Əməliyyat Direktoru.
Hesabatlar kimdən alınır: Filiallarda işləyən Aqrar işlər üzrə operator.

İş rejimi:

  • Tam iş vaxtı
  • Natamam iş vaxtı

Tələb edilən bilik səviyyəsi:

  • Təhsil: Ali təhsil.
  • Təcrübə: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi.
  • Sertifikatlar: Sertifikatları olması arzu olunandır.
  • Dil bilikləri: Azərbaycan. İngilis, Rus dili olması arzu olunandır.
  • Kompüter bilikləri: MS Office (Word, Excel, Power point),

Texniki biliklər:

  • MS Office (Word, Excel, Power point)

Səriştə və bacarıqlar:

  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Planlama və təşkilatçılıq qabiliyyəti;

Əsas vəzifə öhdəlikləri:

  • Regional aqronomların həftəlik gedəcəyi, rəhbərlik tərəfindən təyin edilmiş rayonları proqramlaşdırmaq, həftənin sonunda görülmüş işlərin protokolunu hazırlamaq.
  • Təyin edilmiş rayonlar üzrə fermerlərlə bağlanmış müqavilələri sistem üzərindən “4 göz” prinsipiylə yoxlamaq: ərizələrin tələb olunan alt sənədlərinin RTİ proqramında yoxlamaq, sənədlər qaydasındadırsa sistemdə təsdiqlənərək növbəti etapa ötürülür.
  • Təyin edilmiş filiallar tərəfindən göndərilmiş avans sifarişlərini mövsümə uyğun olaraq sistem üzərindən yoxlanılması.
  • Avansların təyinat üzrə standart limitləri keçib keçmədiyini yoxlamaq.
  • Gündəlik olaraq fermerlərin istifadə etdiyi çiyid, gübrə, dərman miqdarının sistemə işlənməsini yoxlamaq.
  • Təyin edilmiş rayonlar üzrə çiyid, gübrə və dərman normalarına fermerlər tərəfindən riayət edilməsinə nəzarət etmək.
  • Mövsümə uyğun olaraq görülmüş texniki işlərin RTİ proqramına işlənməsinə nəzarət etmək, operativ məlumatlarla yaranmış fərqləri araşdırmaq.
  • Təyin edilmiş rayonlar üzrə aqrotexniki işlərin RTİ proqramında müəyyən edilmiş ardıcıllıqla yerinə yetirilməsini yoxlamaq.
  • İmişli və Yevlax İnnovasiyada qurulmuş Spectrum cihazlarının ötürdüyü hidrometroloji məlumatları rəhbərliyə təqdim etmək.
  • Rəhbərliyin təyin etdiyi digər işləri icra edir;

Səlahiyyətləri:

  • Filiallarda Aqrar işlər üzrə operator vəzifəsində işləyən işçilərdən hesabat istəmək və onlara lazımı göstəriş vermək.
  • Verilmiş tapşırıq və qərarların icra edilməsini sürətləndirmək.
  • Məsuliyyətləri
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək;

Müraciət qaydaları: CV–ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Fermerlərlə iş üzrə mütəxəssis” yazmaqla göndərilir.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl