Fermerlərlə iş üzrə əməliyyat texniki
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Fermerlərlə iş üzrə əməliyyat texniki vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

Yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında alınan məlumatların emalını, lazım olan texniki hesabların aparılmasını yerinə yetirir. Proqram, təlimat və başqa texniki sənədlərin işlənib hazırlanmasında iştirak edir. Təsdiq olunmuş metodiki proqram əsasında aparılan tədqiqat işləri prosesində yekun materialların emalı və toplanması işini yerinə yetirir. İşdə istifadə məqsədi ilə xüsusi ədəbiyyatları öyrənir. Əlyazmaların, tapşırıq və hesabat sənədlərinin rəsmiləşdirilməsi üzrə texniki işi yerinə yetirir. Görülən işin baxılmasından və müzakirəsindən sonra, qəbul edilmiş qərara əsasən texniki sənədlərə lazımi dəyişikliklər və düzəlişlər edir. Daxili olan texniki sənədləri və korrespondensiyanı qeydiyyata alır, onların mühafizəsini təmin edərək, sənədlərin daxil olması uçotunu aparır, onların vaxtında yerinə yetirilməsinə nəzarət edir. Aparılan işlər haqqında hesabat tərtib etmək üçün alınan məlumatı sistemləşdirərək emal edir və hazırlayır. Fermerlərin müraciət ərizələrini qəbul edir, müraciət ərazələrinə baxış keçirmək üçün müvafiq alt sənədlərin toplanmasını tələb edir, hazır sənədləri filial direktoruna / filialın direktor müavininə dərkənara üçün təqdim edir. Filial direktorunun / filialın direktor müavininin rəyinə əsasən fermerin ərazilərinin GPS vasitəsi ilə ölçülməsi üçün müvafiq sənədləri təqdim edir, baxış aktı, GPS ölçüsü və digər normativ sənədlər tam şəkildə hazır olduqdan sonra fermerlə 3 (üç) tərəfli müqavilə hazırlayır, müqavilədə fermerin imza nümunəsi yoxlanıldıqdan sonra tərtib olunmuş sənədlər toplusunun (3 tərəfli müqavilədən başqa) surətini Cəmiyyətin aparatına göndərir. 3 tərəfli müqaviləni təsdiqlətmək üçün müqaviləni digər alt sənədləri ilə birlikdə Cəmiyyətin aparatına göndərilir. Təsdiq edilmiş müqavilənin 1 nüsxəsinin fermerə təqdim edilməsini təmin edir, Müqavilə bağlanıldıqdan sonra, fermerlərə buraxılan nəğd vəsaitlər barədə (icarə, əkin, arat, 1-2-3 suvarma, mator suvarma, ketmənləmə 1-2 və s.) aparıcı-aqronom, aqronom və əlaqələndirici (ərazi nümayəndəsi) tərəfindən verilən sifarişləri qəbul edir və müvafiq qaydada icra edir. Fermerlərə göstərilən xidmətlərin, avans vəsaitlərinin, natura şəklində verilən mal-materialın (çiyid, gübrə, dərman peraparatları və s) ümumi avansın verilməsi reyestrinə işlənməsini icra edir. Ümumi avans verilməsi reyestri ilə bərabər, 1C ERP proqramına bütün fermerlərin məlumatlarını daxil edir. Fermerlərin əkin və məhsul subsidiyaları alması üçün “e-Aqro”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) və “Tap Aqro” portallarında müvafiq əməliyyatları icra edir. Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir

Tələblər

• 5-6-cı dərəcələr: müvafiq sahə üzrə orta ixtisas təhsili və 2 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı

MS Windows, MS Office, İnternet və s. biliklər.

https://qlor.me/ll3ogoxiz

Oxşar vakansiya siyahısı:

Xadimə (Səbail filialı)

AccessBank Xadimə (Səbail filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...

Access Bank

23.06.2025 - Bakı

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

18.06.2025 - Bakı

Hostess

Green City Hostes vəzifəsi üzrə vakansiya elan edir. ...

Green City

18.06.2025 - Bakı

1300 — 1500 ₼
Aşpaz

CHAILAB restoranı Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...

CHAILAB

18.06.2025 - Bakı

550₼
Xadimə

Caspian Cable Systems Xadimə vəzifəsi üzrə vakansiya elan edir. ...

Caspian Cable Systems

05.06.2025 - Bakı

900 — 1200 ₼
Pizzamen (Pizza ustası)

Green City Pizzamen (Pizza ustası) vəzifəsi üzrə vakansiya elan edir. ...

Green City

30.05.2025 - Bakı

600 — 700 ₼
Çörəkçi

Maple Trading şirkəti Çörəkçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

29.05.2025 - Bakı

600 — 650 ₼
Aşpaz köməkçisi

Maple Trading şirkəti Aşpaz köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

29.05.2025 - Bakı