Feldşer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qaya Safety Solutions Feldşer vəzifəsi üzrə vakansiya elan edir.

  • Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya
  • Safety Solutions” MMC namizədləri mövcud olan “Feldşer” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
  • Əmək haqqı artandır. Minimum 700 AZN-dən başlamaqla.
  • (Namizədlərin bilik və təcrübəsinə əsasən əmək haqqı müsahibə zamanı razılaşdırılacaq)

İş barədə məlumat:

  • İşçi personalına ilkin tibbi yardımın göstərilməsi;
  • İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması;
  • Hər bir sahədə baş verən qəzaların qeydiyyata alınması;
  • Kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin təxirəsalınmaz tibbi yardımın
    göstərilməsi, gələcəkdə onların qarşısının alması üzrə təkliflər verilməsi;
  • İlk tibbi yardımdan sonra xəstənin xəstəxanaya göndərilməsi və ya ehtiyac olan zaman
    müşayiət edilməsi;
  • Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, jurnala qeyd
    edilməsi;
  • Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması;
  • Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına
    əməl olunması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etməsi.

İş şəraiti:

  • İş yeri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində;
  • İş qrafiki: 6 günlük (altıncı günü qısadılmış);
  • Gündə 3 dəfə yemək ilə təmin edilmə;
  • Yaşayış ilə təmin edilmə;-
  • AR qanunvericiliyinə uyğun sənədləşmə;
  • Mehriban və peşəkar kollektiv;
  • Daha ətraflı əlavə məlumat intervyu zamanı veriləcək.

Namizədə tələblər:

  • Orta tibbi təhsil və tibbi sertifikatlara malik olmalıdır;
  • Müvafiq vəzifədə iş təcrübəsi olması: hərbi sahədə – 3 il, mülki sahədə – 3-5 il;
  • Ünsiyyətçil və komandada çalışma bacarığına sahib olmalı;
  • İngilis dili biliyi arzuolunandır;
  • Microsoft Office” kompüter proqramlarından istifadə etmək bacarığı üstünlükdür;
  • Fiziki cəhətdən sağlam olmalı.
  • Elektron poçtun “Mövzu” yerinə “Feldşer” qeyd etməklə öz CV-lərinizi office@qayasafetysolutions.com ünvanına göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı