Feldşer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Grand-Agro LLC Feldşer vəzifəsi üzrə vakansiya elan edir. Nahar Şirkət tərəfindən verilir.

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat:

  • İş yeri – Qala-Türkan qəsəbəsi
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
  • Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vəzifə öhdəlikləri:

  • İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək;
  • Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxsləri aidiyyəti üzrə tibbi müalicə-profilaktika müəssisələrinə yönlədirilməsini təmin etmək;
  • İlkin tibbi yardım manipulyasiyalarını yerinə yetirmək və bu barədə işçilər üçün vaxtaşırı təlimlər təşkil etmək;
  • Tibbi yardım üçün müraciət etmiş şəxslər tərəfindən daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib onları prosedur kabinetdə düzgün saxlayıb xəstələrə təyinatına uyğun vermək;
  • Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək;
  • Yeni işə qəbul edilmiş işçilər üçün sağlamlıq pasportunun açılmasını, vaxtaşırı yenilənməsinı və dövrü tibbi müayinələrin nəticələrinin qeyd olunmasını təmin etmək;
  • Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını (peşələr üzrə) tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək;
  • Ofislərdə, yeməkxanalarda, məişət və sanitariya-gigiyena otaqlarında gigiyenik şəraitə nəzarət etmək
  • Prosedur kabinetdə tibbi və təsərrüfat ləvazimatlarını qorumaq və lazımi səviyyədə saxlamaq.

Tələblər:

  • Təhsil : Ali (Tibb sahəsi )
  • Təcrübə: Əlaqədar sahədə minimum 1 il
  • Dil bilikləri: Azərbaycan dili
  • İT üzrə biliklər: Ms. Office

Texniki Bacarıqlar:

  • Şirkətdaxili tibbi yardıma dair təlimat, qayda və prosedurlarının, hazırlanması, tibbi təlimlərin həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək.
  • İş yerlərində tibbi xidmət ilə əlaqədar qanunvericilik aktlarının tələblərinə uyğun hesabatlar hazırlamaq, tələb olunan təşkilatlara təqdim etmək, yeni qanunvercilik aktlarının tələblərinin iş yerlərində tədbiq olunmasını təmin etmək

Səriştəlik:

  • Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və İcra etmək bacarığı
  • Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Feldşer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı